Aviadaşımalar

Qrupaj Yüklərin Daşınması

Qrupaj yüklərin  şirkətinin daşınması Turan Transportun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Biz müştəridən gələn hər bir sorğuya individual  yanaşmaqla yanaşı həm də təkliflərimizi təqdim edirik. Sizin istəyiniz və yükün harada olmasından asılı olaraq, biz çatdırılmanın müddət və qiyməti haqqında ən münasib variant təklif edirik. Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür və müxtəlif alıcılara məxsus olan yüklər bir nəqliyyat vasitə ilə daşınılır. Beləki, nəqliyyat vasitəsini bütovklükdə sifariş etməyə ehtiyac olmur.                                              Qrupaj yüklərin daşınması müddətində trayektoriyadan asılı olaraq müxtəlif təyinatlı nəqliyyat vasitələrindən istifadə mümkündür.
Yüklər, dünyanın istənilən nöqtəsindən, müəyyən marşrut və istənilən nəqliyyat növü (avia, dəmiryolu, dəniz, quru yolu) vasitəsilə, konsolidasiya olan anbarlarımıza çatdırıldıqdan sonra Azərbaycana, eləcədə Gürcüstana doğru göndərilir. Yük müştəri və ya şirkətimiz tərəfindən anbara çatdırıla bilər. Ehtiyac yarandıqda, qablaşdırma və yenidən qablaşdırma xidmətləri göstərilir.Qrupaj yüklərin daşınması zamanı sığorta məsuliyyəti
, gömrük rəsmiləşdirilməsi,İcazə sənədlərinin hazırlanması,müşaiət etmə (Ekspeditorluq), qismən çatdırılma, yüklərin anbarda emalı (saxlama, markalama və əlavə qablaşdırma) kimiəlavə xidmətlər də göstərilir                           Xidmətimizin üstünlükləri -1 kq. başlayaraq daşıma, “qapıdan-qapıya” çatdırılma, dünyanın istənilən nöqdəsindən və nöqtəsinə çatdırılma, sığorta məsuliyyəti, mütəmadi olaraq sizi məlumatlandıran şəxsi menecer, konsolidə edilmiş beynəlxalq depo şəbəkəsi və s.