Dəmir yolu ilə daşınma

Dəmir yolu ilə daşınma

Böyük həcmli yüklərin dəmiryolu ilə daşınması ən etibarlı və təhlükəsiz daşıma növlərindən biridir.  Belə ki yükləriniz öncədən müəyyən olunmuş istiqamətdə və müəyyən trayektoriya ilə əvvəlcədən bəlli olan adresə yenə əvvəlcədən müəyyən olunmuş vaxtda çatır. Bu xüsusiyyet dəmiryolu daşımaçılığından başqa yalnız aviadaşımalarda mövcuddur.

Şirkətimiz demiryollarında yükün son dayanacq stansiyasından adresə təslim avtomobil daşımaçılığını həyata keçirməklə yükü heç bir podoratçı nəqliyyat firmasına etibar etməməklə məsuliyyəti yalnız öz üzərinə götürür. Çünki biz yükünüzlə yanaşı həm də etimadınızı daşıyırıq.

Prosesual olaraq dəmir yolu ilə daşımaçılıq – yükləmə, son təyinat məntəqəsinə çatdırılma, tranzit məntəqələrdə təhlükəsizliyin təmin edilməsi, yenidən qablaşdırma və markalama , yükün boşaldılması və depolanması mərhələlərindən ibarətdir.

Dəmir yolu ilə yük daşımalarında şirkətimizi bazarda ön sıralar çıxaran özəllikləri,  yükün nəqli üçün minimal xidmət haqqı, qısa zamanda çatdırılma, hər hansı yük limitinin olmaması, yenidən sığorta kimi sıralamaq mümkündür.