KONTEYNER DAŞINMASI


Konteyner Daşınması

Müasir nəqliyyat şirkətləri müxtəlif yüklərin daşınmasında daha çox universal və səmərəli həllər tapmağa calışdığına görə, konteyner ilə daşınmalar geniş yayılmışdır. Bu növ daşınma, yükün operativ və sərfəli çatdırılmasına imkan verir.Konteynerlər standart ölçülərinə malik olduğuna görə, onları müxtəlif növ nəqliyyat vasitələrinə (avtomobillər, dəmiryolu platformaları, gəmilər) quraşdırılması mümkündür.

Şəhər və şəhərlərarası yollarla yükdaşımanı həyata keçirən avtomobil konteynerdaşıyıcısı aşağıramalı qoşqudur. Bu qoşquya müəyyən sayda standart konteynerlər yerləşdirilir ki, bu da yükün çatdırılmasını rahat və səmərəli edir.

Turan Transport, nəqliyyat şirkəti olaraq, dünyanın istənilən nöqtəsindən Azerbaycana və əks istiqamətdə konteyner daşımaları üzrə xidmətlər təqdim edir. Sizin üçün xüsusı ayrılmış, təcrübəli mütəxəssisimiz, konteynerin seçimi, yol marşurutunun tutulması və sənədlərin düzgün tərtib olunmasında yardımcı olacaq.

Konteyner vasitəsi ilə yüklərin multimodal daşımalar üçün uyğun olması, Konteynerin bir nəqliyyat vasitəsindən digərinə rahat keçirilməsi,bu keçirilmə zamanı yükün yoxlanılmaması, konteyner daşımalarda, yüklərin həmçinin gruppaj olaraq göndərilməsinin mümkünlüyü, tələblərə uyğun olaraq konteyer ölçülərinin seçmə imkanı bu növ daşımaçılığı daha cəlb edici edir.